3 İyun 2023 09:41
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Teleqraf.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Orxan Məmmədov iyunun 1-də "Hundai Santafe" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 57 yaşlı rayon sakini Lalə Sadıqovanı vurub.

Qadın aldığı xəsarətlərdən ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Müəllif: Teleqraf.com