4 İyun 2023 09:14
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan bildirilib.

Laçın rayon polis .öbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Adıçəkilən ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.


Müəllif: Hacı Zeynalov