5 İyun 2023 18:56
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.

Teleqraf.com xəbər verir ki, günorta saatlarında yağan leysan sonradan güclü doluya çevrilib.

Nəticədə meyvə ağacları, əkin sahələri və digər təsərrüfatlar ziyan görüb.

Qeyd edək ki, yağıntılı hava şəraiti Qərb bölgəsinin digər dağ rayonlarında da müşahidə olunub.


Müəllif: Teleqraf.com