Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.
Teleqraf.com xəbər verir ki, hadisə vəkil Tarix Əliyevin doğum günü məclisindən çıxarkən avtomobil yolunu keçəndə baş verib.
Digər qonaqlar vəkili avtomobil ilə hospitala aparıblar.
Vəkilin özü ilə əlaqə saxlamağa çalışılsa da, telefonuna cavab verən şəxs Nağıyevanın hazırda yanında olmadığını, hadisədən məlumatsız olduğunu bildirib.