6 İyun 2023 12:50
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki şəxsi öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Tərtər rayon Prokurorluğundan bildirilib.

Cari il fevralın 19-da Tərtər rayonu ərazisində 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1992-ci il təvəllüdlü Namiq Allahverdiyevin öldürülmələrinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaq zamanı 1970-ci il təvəllüdlü Asəf Məmmədovun heç bir əsaslı səbəb olmadan arvadı Gülnar Məmmədovaya bıçaqla, daha sonra isə Namiq Allahverdiyevə odlu silah və bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Asəf Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə yekun ittiham elan edilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Tərtər İcra Hakimiyyətində baş məsləhətçi işləyən və iki ali təhsili olan Gülnar Məmmədovanın iki azyaşlı övladı - bir qızı, bir oğlu qalıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər