Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac, Qəbələ, Şamaxı, Qobustan, Xınalıq, Oğuz, İsmayıllı, Xaltan, Balakən, Qrız, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27, Naxçıvanda 29-32, dağlıq rayonlarda 13-19, Aran rayonlarında 30-32 dərəcə isti olub.
Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür-Qıraqkəsəmən məntəqəsində 3 sm, Bərgüşadçay-Əliquluşağında 4 sm, Gəncəçay-Zurnabadda isə 9 sm artım qeydə alınıb.