Mingəçevir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər sakini 1965-ci il təvəllüdlü Kamran Salahov iyunun 2-də qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb.
O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.