9 İyun 2023 08:50
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb.

Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı isə külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana və elektron tərəzilər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Salyan rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb.

Hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov