Bu gün Yuxarı Şirvan kanalında batan şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib.
Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin daha öncə yaydığı məlumatda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun axtarışlara cəlb olunduğu bildirilib.