13 İyun 2023 16:21
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mülkiyyət hüququna dair sənədlərin verilməsi adı ilə vətəndaşların pulunu ələ keçirmiş şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması adı ilə vətəndaşların pulunu ələ keçirən şəxslər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Kənan Qurbanov və Nаtiq Qurbаnоvun özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərilə yaxın əlaqələri olan şəxslər kimi göstərərək torpaq sahələrinin özəlləşdirilməsi və daşınmaz əmlaka dair saxta sənədlərin təqdim edilməsi yolu ilə ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 146 min manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) və digər maddələri ilə ittiham elan edilməklə Kənan Qurbanov barəsində məhkəmənin qərarı ilə həbs, Natiq Qurbanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər