Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
“Qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" Mənzil Tikinti Kooperativinin (MTK) sifarişi əsasında podratçı tərəfindən inşa edilib və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir. MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur” – deyə məlumatda qeyd olunub.