Xocavənd rayonunda 1,5 ton çətənə bitkisi aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirib.
Xocavənd rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meṣə massivində yabanı halda bitən, çəkisi 1, 5 ton olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.