“Mərdəkan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əməliyyat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.