22 İyun 2023 20:19
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər