İyunun 22-də Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə batan 1 nəfərin axtarışları başa çatıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Bildirilir ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.