Çərşənbə axşamı gecəsi Xəzər dənizində Azərbaycan sahillərində baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanda yeraltı təkanlar Aktau şəhərində, Dağıstanda isə Dərbənd şəhərində hiss edilib.
Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.