Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində və "Nardaran-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.