14 İyul 2023 22:50
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub.

Bu zaman onu cərəyan vurub və hadisə yerində ölüb. Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edir. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər