Polşada “Cessna” şirkətinin yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, təyyarə insanların olduğu anqara çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hazırda hadisə yerinə həkim briqadaları və xilasedicilər cəlb edilib.
Qəzanın səbəbi məlum deyil.