19 İyul 2023 19:58
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birinci yarımildə 203 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 166 (82%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 37 (18%) material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.

O bildirib ki, əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 18 nəfər saxlanılıb:

"Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 218 şəxs barəsində 144 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər