9 Yanvar 2015 17:34
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir”.

Teleqraf.com xəbər veri ki, bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkədə sosial müdafiə sisteminin ən vaciblərindən biri pensiya-sığorta sahəsidir. Onun sözlərinə görə, Sosial Müdafiə Fondunun büdcəsi bu istiqamətdə aparılan geniş miqyaslı fəaliyyəti, sanballı rəqəmləri özündə ehtiva edir.

“Hazırlanan büdcənin əsas xətti dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Konsepsiya növbəti mərhələdə sığorta-pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşdırılması və digər önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da nəticədə xalqın mənafeyinin qorunmasına, rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq” – deyə, komitə sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər