Quba kollec tələbəsi intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muçu kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadıqları evin həyətində olan dülgər sexi kimi istifadə olunan tikilinin tavanından özünü kəndirlə asaraq intihar edib. Onun meytini anası aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Camərdov Şirvan Dövlət və Humanitar kollecinin III kurs tələbəsi olub./Report/