22 İyul 2023 14:39
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.

Kənd sakinlərinin dediyinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər