23 İyul 2023 23:59
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzəndə dənizdə boğulan 3 nəfər yeniyetmənin kimliyi müəyyənləşib.

Teleqraf.com AZƏRTAC-a istinadla xəbər verir ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar axtarışları davam etdirilir.

Dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Manafov Mehdi Elgün oğlu, 17 yaşlı Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

***

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər