Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 54 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.