Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Fakla bağlı araşdırmalar davam etdirilir