Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.