27 İyul 2023 18:38
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ət maşınında əli qalan azyaşlı TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumatına görə, 2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.

Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.

Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir.

Qeyd edək ki, bu gün azyaşlı uşağın əli ətçəkən maşında qalmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər