28 İyul 2023 09:36
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsuda qəsdən törədilən yanğın faktının üstü açılıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 22 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin İmdad Adıgözəl oğlu Abasov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək həyətyanı sahədə təmizlik işləri zamanı açıq alovdan istifadənin yolverilməz olduğunu xatırladır, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər