13 May 2014 09:45
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl hay-küylə yaradılan 125-lər klubunda ciddi narazılıq yaranıb. Bu haqda adının çəkilməsini istəməyən Klub üzvlərindən biri deyib.

Onun sözlərindən bəlli olub ki, 125-lər yaranan zaman bu haqda onlara ciddi söz və dəstək verənlər indi sözünün üstündə durmur. Xüsusilə, təşkilatın maliyyələşməsi məsələsi ilə bağlı problem yaranıb. Bu da klub üzvləri daxilində müəyyən narahatlıq və narazılıq yaradıb. Deyilənlərdən belə anlaşılır ki, 125-lər Klubunun koordinatorları da narazılıq etməyə başlayıblar.

Məlumat üçün deyək ki, 125-lər Klubu bir neçə ay əvvəl yaranıb. Məqsəd ölkənin tanınmış şəxslərini burada birləşdirib 2015-ci il parlament seçkilərinə qatılmaqdır.


Müəllif: