İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.