Xəzər dənizində batan şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, dənizdə batan şəxs Salyan şəhər sakini, 1996-cı il təvəllüdlü Əsgərov Saleh olub.
Faktla bağlı araşdırma aparılır.
19:01
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 900 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, sözügedən ərazidə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.