Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.
Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq ustanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.