Ağdam rayonunda 41 ton ot bağlaması yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, rayonun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.