Lənkəran rayon sakini Kəmalə İbayevanı cərəyan vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Göyşaban kəndində baş verib.
Belə ki, Kəmalə Adil qızı İbayeva cərəyan vurması səbəbindən dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.