Paytaxtın Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
***
Paytaxtın Binəqədi rayonunda açıq ərazi yanır.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.