9 Avqust 2023 09:32
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda bir nəfər dənizdə batıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər