Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib.
Bu barədə Teleqraf.com-a AzTU-dan məlumat verilib.
Cavanşir Qasımov 2003-cü ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb.
O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.