Lənkəran rayonunda 58 yaşlı kişi intihar edib.
Teleqraf.com xəbər verir ki, Lənkəran rayonunun Şovu kənd sakini, 1965-ci il təvəllüdlü Rafəddin Gülhəsən oğlu Eynullayev yaşadığı evin həyətində ağacdan özünü asıb.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerindədir. R.Eynullayevin intihar səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.