Türkiyənin şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Seysmik hadisənin episentri 440 min nəfərdən çox əhalisi olan Malatya şəhərindən 8 km cənub-qərbdə yerləşib. Mütəxəssislərin diqqət mərkəzində olan yeraltı təkanlar 17 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.