15 Avqust 2023 09:14
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərin ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq maddi ziyan vurduqları məlum olub.

İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər