TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir.
Teleqraf.com xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib:
"Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Hazırda terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".