Nikosayağı adlı blogerin törətdiyi qəzada ölən iş adamının oğlu bu gün dəfn olunub.
Teleqraf.com xəbər verir ki, avqustun 14-ü gecə saatlarında Nokosayağı adlı blogerin idarə etdiyi avtomobillə qəzaya düşən və həyatını itirən iş adamı Şahin Məmmədovun oğlu Ruslan Məmmədov bu gün Gəncə şəhərində torpağa tapşırılıb.
Mərhum 4 saylı Yeni Səbiskar kimi tanınan qəbristanlıqda nənə və və babasının yanında dəfn olunub.
Məlumat üçün bildirək ki, 27 yaşlı R.Məmmədov Nikosayağı adlı bloger Nicat Şakirlinin yaxın dostlarından olub.