Bakıda itkin düşən 17 yaşlı qız tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, gənc qız polis orqanına daxil olan müraciət əsasında tapılaraq ailə üzvlərinə təhvil verilib: “Onun ailə üzvlərindən xəbərsiz qohum evində olması müəyyən edilib. Kriminal tərkib yoxdur”.
***
09:41
Bakıda 17 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 14-də Nərimanov rayon ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.