20 Avqust 2023 18:56
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə endirdiyi növbəti raket zərbələri nəticəsində azərbaycanlılar da zərər görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Şərqi Avropa bürosuna Çerniqov vilayəti Azərbaycanlılar Konqresinin sədri İskəndər Vəliyev bildirib.

"Mərkəzə yaxın yaşayan həmyerlilərimizin evləri raket zərbələrindən ciddi dağıntılara məruz qalıb. Xoşbəxtlikdən həmin vaxt evdə və ərazidə sakinlərdən heç kim olmadığı üçün azərbaycanlılardan ölən və yaralananlar yoxdur. Ümumilikdə 140 nəfər yaralanıb, 7 nəfər ölüb. Son vaxtlar ümumiyyətlə vilayətimizə sərhəd Rusiya və Belarus tərəfindən təhdidlər yenidən artıb", - İ.Vəliyev deyib.

Qeyd edək ki, hazırda Çerniqov da daxil olmaqla Ukraynanın Belarus ilə sərhəd bütün vilayətlərində hava həyəcan siqnalları davam edir.

Xatırladaq ki, şəhərin mərkəzinə endirilən ağır tipli raketlər ötən ilin aprelin əvvəlində Çerniqov vilayətinin işğalda olan ərazilərinin azad edilməsindən sonra yaranan sakitliyin ardınca sükutun pozulmasıdır. Raket zərbələri ciddi dağıntılara səbəb olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər