12 Yanvar 2015 15:06
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclasında bu il keçiriləcək parlament seçkilərində iştirakına hazırlıqla bağlı məsələlər müzakirə edilib.

Parlament seçkilərini 2015-ci ilin əsas siyasi kampaniyası kimi dəyərləndirən Siyasi Şura üzvləri VİP-in bütün hallarda bu seçkiləridə iştirak etməsinin zəruriliyini bildiriblər. Seçkilərə yönəlik hazırlığın bir neçə variant əsasında aparılmasının daha məqsədəuyğun olduğunu deyən müzakirə iştirakçıları partiyanın namizədlər korpusunun artıq indidən müəyyənləşdirilməsinə başlamağa tərəfdar olublar.

Siyasi Şura üzvləri VİP-in parlament seçkilərində təkbaşına və digər müxalifət partiyaları ilə bloklaşma, eyni zamanda, proporsional seçki sisteminin mümkün bərpası şəraitində qatılması varintlarına dair təkliflərini irəli sürüblər.

Cari məsələlərin müzakirəsi zamanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın ABŞ, Fransa, Rusiya və daha bir neçə ölkədə daimi nümayəndəliyinin açılmasının xüsusi narahatlıq doğurduğu qeyd olunub və Azərbaycanın ərazi bütövlüynü artıq hüquqi baxımdan da təhdid altına alan bu hallarla bağlı qəti addımlar atılmasının zəruri olduğunu bəyan edilib.

Siyasi Şura üzvləri bir neçə gün əvvəl Parisdə törədilmiş məlum qətliamı pisləyən mövqe ifadə edərək, insanların dini hisslərinin təhqir olunması ilə şərtlənən təhrikçi hərəkətlərin də yolverilməzliyini vurğulayıblar.

Daha sonra VİP sədrinin təqdimatı əsasında partiyanın Mərkəzi Aparatının buraxılması haqqında qərar qəbul edilib. Qərarda VİP sədrinin Siyasi Şuranın növbəti iclasında Mərkəzi Aparatın yeni tərkibini təqdim etməsi də əks olunub.

İclasda VİP-in 20 Yanvar ümumxalq hüzn günündə iştirakına hazırlıq və digər məsələlər də müzakirə edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər