Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Bu barədə Teleqraf.com-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilir ki, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
İcra Aparatının rəhbəri Gülağa Aslanlının 20 yanvar hadisələrinin 25-ci ildönümünün qeyd edilməsi ilə bağlı yanvarın 19-u saat 16.00-da Müsavat Partiyasının qərargahında Yanvar şəhidlərinin anım mərasimi keçirilməsi və yanvarın 20-də 12.30-da Şəhidlər Xiyabanının ziyarət edilməsinə hazırlıqlar barədə məlumatı dinlənilib.
Tovuz rayon təşkilatının yenidən qurulması ilə bağlı Divan üzvlərinin rayonda partiya üzvləri ilə keçirilən görüşü barədə məlumat verilib. Məsul şəxslərə Tovuz və Zəngilan rayon təşkilatlarının yenidən qurulması istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.
Kuratorlara noyabr ayında keçirilən zona müşavirələrində verilən tapşırıqların nəticələri barədə yazılı arayışların hazırlanaraq Divanın növbəti iclasında verilməsi tapşırılıb.
Nəsimi rayon təşkilatında hesabat-seçki yığıncağının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqda məlumat verilib.
Təşkilati məsələlər bölümündə xaricdə yaşayan bir nəfər şəxs Müsavat Partiyasının sıralarına qəbul edilib. Divanda bir qrup partiya üzvünün, partiyadan xaric edilən və istefa verən şəxslərin bölücülük fəaliyyəti müzakirə olunub.
Ayxan