25 Avqust 2023 09:41
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər