Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib.
Teleqraf.com xəbər verir ki, keçmiş müdafiəçi 34 yaşında dünyasını dəyişib.
Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Ş.Rəhimov müalicə aldığı Türkiyədə vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub.