Tovuzda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydə alınıb.
65 yaşlı Aydın Adil oğlu Ələkbərov yaşadığı evin zirzəmisində özünü kəndirlə asaraq intihar edib. Onun həyatına qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.